AAYDA-da yeni təyinat

  • Müəllif: Firuzə
  • 19 Avqust 2026 22:01

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) daha bir təyinat olub.

Gununsesi.info xəbər veirr ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fərhad Ələkbərov AAYDA-nın Hüquqi təminat departamentinin müdiri təyin edilib.

F.Ələkbərov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə və alternativ qayğı siyasəti şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Gununsesi.info