Bakıda yaşayış binasında yanğın baş verdi

  • Müəllif: Firuzə
  • 23 Avqust 2026 22:20

Bakı şəhəri, Xətai rayonunda, yaşayış binasında yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, yanğının Həzi Aslanov metrostansiyasının yaxınlığındakı binalardan birində başladığı bildirilir.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Yanğının səbəbi hələ ki, məlum deyil.

Gununsesi.info