Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlayacağını açıqlayıb.
Paşinyan bildirib ki, Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi üçün Ermənistan əvvəlcə quruma rəsmi üzvlük ərizəsi təqdim etməlidir.
Onun sözlərinə görə, bu, genişmiqyaslı hazırlıq tələb edən prosesdir və Ermənistan yaxın vaxtlarda həmin prosesə başlayacaq.
Baş nazir qeyd edib ki, Aİ-yə üzvlüklə bağlı referendum rəsmi ərizə təqdim edildikdən, müvafiq cavab alındıqdan və proses üzrə yol xəritəsi hazırlandıqdan sonra keçiriləcək.
Paşinyan bu məsələdə Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşların çağırışlarının da nəzərə alınacağını bildirib.









