Baş prokuror vətəndaşların problemlərini dinləyəcək

Baş prokuror Kamran Əliyev sentyabrın 16-da Şamaxı şəhərində vətəndaşları qəbul edəcək.

Gununsesi.info xəbər verir ki, qəbul Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında yaşayan vətəndaşları əhatə edəcək.

Vətəndaşların qəbulu müəyyən edilmiş gün saat 10:00-da başlayır.

 

 

Gununsesi.info