2026-cı ildə “Formula 1” Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
Bu barədə Gununsesi.info-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.
Qeyd edək ki, Formula 1 sentyabrın 24-26-da Azərbaycan Qran-prisi Bakıda keçiriləcək.












