Bu küçədə hərəkət məhdudlaşdırılacaq

  • Müəllif: Firuzə
  • 10 Sentyabr 2026 19:22

Binəqədi rayonunda, Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd edilib ki, təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

“Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.info