Azərbaycan cüdo millisinin Bakıda keçiriləcək böyüklər arasında dünya çempionatı üçün ilkin heyəti bəlli olub.
Cüdo FederasiyasındanGununsesi.info-ya bildirilib ki, ilin ən mötəbər cüdo yarışında Azərbaycanı 12 çəki dərəcəsində 23 cüdoçu (17 kişi və 6 qadın) təmsil edəcək.
İdmançılar performans direktoru, kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.
Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr oktyabrın 4–10-da, qarışıq komanda yarışı isə oktyabrın 11-də baş tutacaq.
Qadınlar
48 kiloqram
Şəfəq Həmidova
Könül Əliyeva
52 kiloqram
Gültac Məmmədəliyeva
57 kiloqram
Xədicə Qədəşova
70 kiloqram
Südabə Ağayeva
+78 kiloqram
Madina Kaisinova
Kişilər
60 kiloqram
Balabəy Ağayev
Əhməd Yusifov
66 kiloqram
Ruslan Paşayev
Turan Bayramov
Nizami İmranov
73 kiloqram
Hidayət Heydərov
Rəşid Məmmədəliyev
81 kiloqram
Zelim Tçkayev
Ömər Rəcəbli
Vüsal Qələndərzadə
90 kiloqram
Murad Fətiyev
Elcan Hacıyev
Süleyman Şükürov
100 kiloqram
Zelim Kotsoyev
+100 kiloqram
Uşanqi Kokauri
Kənan Nəsibov
Camal Qamzatxanov









