Yeni Suraxanının bəzi ərazilərində qaz olmayacaq

  • Müəllif: Firuzə
  • 24 Sentyabr 2026 09:18

Bu gün Yeni Suraxanı qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatında qisamüddətli fasilə yaranacaq.

Bu barədə Gununsesi.info-ya “Azəriqaz”dan məlumat verilib.

“Təmir-quraşdırma işləri ilə əlaqədar 24.09.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Yeni Suraxanı qəsəbəsinin T. Nərimanov, 14 İyul və M. Ə. Sabir küçələrinin qaz təchizatında qisamüddətli fasilə yaranacaq”, – məlumatda qeyd olunur.

Gununsesi.info