Azərbaycanda 4 qız qaçırılıb

  • Müəllif: Orxan
  • 24 Sentyabr 2026 14:08

2026-cı ilin birinci yarısında Azərbaycanda evlənmək məqsədilə qadın oğurluğu ilə bağlı 4 cinayət qeydə alınıb.

Gununsesi.info-nun sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən bildirib ki, 2025-ci ilin eyni dövründə bu göstərici 9 olub.

Ümumilikdə isə cari ilin ilk altı ayında 8 adam oğurluğu cinayəti qeydə alınıb. Onların yarısı evlənmək məqsədilə qadın oğurluğu olub.

Gununsesi.info