Metroda kişi qatar yoluna tullanıb

  • Müəllif: Firuzə
  • 25 Sentyabr 2026 22:54

25 sentyabr saat 17:53-də Bakı metropoliteninin “Memar Əcəmi” – “20 Yanvar” mənzilində sərnişin(kişi) qatar yoluna tullanıb.

Bu barədə Gununsesi.info–ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar dərhal yolun təmas relsindən gərginlik çıxarılıb.

“Sərnişin təlimata uyğun qatar yolundan çıxarılaraq polis əməkdaşlarına təhvil verilib.

13 dəqiqə sonra, saat 18:06-da gərginlik bərpa olunub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə baş verən Yaşıl xətt üzrə qatarların hərəkət intervalında hazırda hər hansı yubanma müşahidə olunmur”, – deyə məlumatda qeyd edilib.

Gununsesi.info