Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüşdə ABŞ Prezidenti Donald Tramp Vladimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər etməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb .
Agentliyin məlumatına görə, Tramp keçmişdəki imtinalara baxmayaraq, ABŞ Rusiya-Ukrayna danışıqlarını bərpa etməyə çalışdığı bir vaxtda Volodimir Zelenskini Moskvaya səfər edərək Vladimir Putinlə görüşməyə çağırıb.
Agentliyin mənbələrinə görə, Zelenski Amerika liderinin təklifini rədd edərək Trampın bu məsələni qaldırmasından məyus olduğunu bildirib.












