Putin Baş nazirin müavinini vəzifədən azad etdi

  • Müəllif: Şəbnəm
  • 28 Sentyabr 2026 17:15

Rusiya Prezidenti Vladimir Putin Vitali Savelyevi baş nazirin müavini vəzifəsindən azad edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Putinin imzaladığı sərəncamda bildirilib.

Qeyd olunub ki, Vitali Savelyev Rusiya Federal Məclisinin Dövlət Dumasının IX çağırışına deputat seçilməsi ilə əlaqədar hökumət sədrinin müavini vəzifəsindən azad edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.