Xocalı və Xocavəndə növbəti köç karvanı yola salındı

  • Müəllif: Firuzə
  • 30 Sentyabr 2026 09:22

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.


Gununsesi.info
 xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 60 nəfərdən ibarət 9 ailə, Xocalı şəhərinə 78 nəfərdən ibarət 17 ailə, Xocavənd şəhərinə isə 55 nəfərdən ibarət 16 ailə bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Beləliklə, növbəti mərhələdə ümumilikdə 193 nəfərdən ibarət 42 ailə doğma yurdlarına qayıdır.

Geri qayıdan ailələr respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdir.

Gununsesi.info