Türkiyənin Manisa vilayətinin Soma rayonunda yerləşən mədən ocağında bu gün günorta saatlarında baş verən uçqun nəticəsində ölənlərin sayı ikiyə çatıb.
Gununsesi.info xəbər verir ki, hadisə özəl şirkətə məxsus mədəndə işçilərin çalışdığı zaman baş verib. Uçqun altında qalan 7 işçidən 2-si xilas edilib, 2-si isə həyatını itirib.
Dağıntılar altında qalan daha 3 işçinin xilas olunması istiqamətində işlər davam etdirilir.











