İzmirdə korrupsiya iddiaları ilə bağlı əməliyyat başlayıb.
Gununsesi.info “TRT haber”ə istinadən xəbər verir ki, Türkiyənin İzmir şəhərində Bayraklı Bələdiyyəsinin iştirakçı olduğu şirkətlərdə dövlətə zərər vurulması və korrupsiya iddiaları ilə bağlı əməliyyat başladılıb.
Əməliyyat İzmir Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosu tərəfindən aparılır.











