“Politico” jurnalistləri Trampın təyyarəsinə buraxılmadı

  • Müəllif: Orxan
  • 06 Oktyabr 2026 09:18

Ağ Ev “Politico” qəzetinin jurnalistlərinin ABŞ Prezidenti Donald Trampın təyyarəsinə buraxılmasına icazə verməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Politico”ya bazar ertəsi prezident təyyarəsi “Air Force One”a minməyə icazə verilməyib. Bu isə o deməkdir ki, nəşrin jurnalistləri media hovuzunun qarşısında duran vəzifələrini yerinə yetirə bilməyəcəklər.

“Politico”nun nümayəndəsi də qəzetin jurnalistlərinin belə səfərlər zamanı ABŞ liderini müşayiət etməsinə icazə verilən media qrupuna daxil edilmədiyini təsdiqləyib.

“The New York Times” sentyabrın 26-da yazıb ki, ABŞ-ın dörd aparıcı televiziya kanalı Trampın iştirakı ilə keçirilən tədbirləri yenidən işıqlandırmağa başlayacaq.

Bundan əvvəl ABC, CBS, CNN, Fox News və NBC telekanalları Ağ Evin media hovuzunda iştirakdan imtina etmişdi. Buna səbəb Tramp administrasiyasının CNN, MS NOW və Politico-nun Ağ Evdə fəaliyyətinə çıxışı məhdudlaşdırmaq qərarı olub.

Gununsesi.info