Pezeşkian Mirzoyanı qəbul edib - TRIPP müzakirə olunub

  • Müəllif: Orxan
  • 06 Oktyabr 2026 09:33

İranda səfərdə olan Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyanı Tehranda Prezident Məsud Pezeşkian qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Nyu-Yorkda iki ölkə liderlərinin görüşünün davamı olaraq Ermənistan-İran siyasi təmaslarının fəal gündəliyindən məmnunluq ifadə edilib.

Xüsusi diqqət blokadanın aradan qaldırılması istiqamətində infrastrukturun inkişafı və energetika sahəsində qarşılıqlı faydalı əməkdaşlıq proqramlarına yönəldilib. Nazir Ararat Mirzoyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.

Tərəflər regional sabitlik və təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Həmçinin İranda yüksək səviyyəli nümayəndə heyətinin İrəvanda keçiriləcək COP17 konfransında iştirakı məsələsi müzakirə olunub.

Gununsesi.info