Toyda döyülən şəxs xəstəxanada öldü

  • Müəllif: Orxan
  • 06 Oktyabr 2026 10:00

Oktyabrın 2-si Abşeron rayonu Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimində döyülən gənc xəstəxanada vəfat edib.

Gununsesi.info xəbər verir ki, ağır xəsarətlər alan 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin həyatını xilas etmək mümkün olmayıb.

O, ötən gün Sumqayıtdakı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info