Vətəndaş internet xidmətindən istifadə ilə bağlı Citynet şirkətindən şikayətçidir.
Gununsesi.info xəbər verir ki, vətəndaş bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Şikayətçinin sözlərinə görə, internet şəbəkəsinə qoşularkən ona xidmətin müddətli olduğu bildirilməyib və aylıq ödənişin 15 manat olacağı deyilib. Lakin sonradan internet xidmətinin aylıq ödənişinin 25 manata yüksəldiyini öyrənib.
Vətəndaş daha əvvəl də şirkətin xidmətində yaranan problemlə bağlı şikayət etdiyini və həmin problemin aradan qaldırıldığını bildirib. Onun sözlərinə görə, hazırda isə eyni problem yenidən təkrarlanıb.
Şikayətçi şirkətdən yaranmış vəziyyətə aydınlıq gətirməsini tələb edib:
“Bir şirkətdən nə qədər şikayət olar? Niyə bu müştəriləri aldadırsınız? Bu qədər özbaşınalıq olmaz”.
Günay












