Bakıda III Milli Rəqabət Forumu keçirilir

  • Müəllif: Firuzə
  • 14 Oktyabr 2026 10:08

Bu gün Bakıda “Azərbaycanın rəqabət siyasətinin yeni mərhələsi” mövzusunda III Milli Rəqabət Forumu keçirilir.

Gununsesi.info xəbər verir ki, tədbir rəqabət siyasətinin inkişafı, iqtisadi tənzimləmə və dövlət-özəl sektor əməkdaşlığı məsələlərinə həsr olunub.

Forum çərçivəsində rəqabət siyasətinə elmi-analitik baxış, təbii inhisar sahələrinin tənzimlənməsi, infrastrukturun inkişafında dövlət-özəl tərəfdaşlığının imkanları və müstəqil tənzimləyici qurumlarla əməkdaşlıq istiqamətləri müzakirə olunacaq.

Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, iqtisadçılar və ekspertlər iştirak edirlər.

Gununsesi.info