Paşinyan: "Xalq yeni konstiusiyaya "yox" desə, istefa verirəm”

Ermənistanın Baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin 23 noyabr bazar ertəsi günü yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edəcəyini açıqlayıb.

Gununsesi.info  xəbər verir ki, o, həmin gün xalqa xüsusi müraciət ünvanlayacağını da bildirib.

Parlamentdə konstitusiya çoxluğuna sahib olmayan hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının layihəni referenduma çıxarması üçün müxalifətin 6 deputatının səsinə ehtiyacı var. Paşinyan bu səsləri əldə etmək üçün siyasi karyerasını ortaya qoyduğunu bəyan edib:

“İndi müxalifətə yeni Konstitusiyanın qəbulu ilə bağlı referenduma gedilməsi üçün lazım olan altı səsi verməyi təklif edirəm. Əgər xalq yeni Konstitusiyanın əleyhinə səs verərsə, bir həftə ərzində istefa verəcəyəm. Xalq Konstitusiyanı təsdiqləyərsə, istər növbədənkənar, istərsə də növbəti seçkilərdə Baş nazir postuna namizəd olmayacağıma dair zəmanət verirəm. Görünən odur ki, müxalifət bunu qəbul etmir, lakin mən bu təklifi açıq saxlayıram”.

 

 

Gununsesi.info