Əraqçi: İranın şərtləri yerinə yetirilməsə, Hörmüz boğazı açılmayacaq

  • Müəllif: Firuzə
  • 21 Noyabr 2026 21:21

İranın tələbləri yerinə yetirilməyənədək Hörmüz boğazının açılması məsələsi gündəmdə olmayacaq.

Gununesi.info xəbər verir ki, İranın dövlət teleradio şirkətinin məlumatına görə, bunu ölkənin xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Bizim mövqeyimiz aydındır. İranın tələbləri yerinə yetirilməyənədək Hörmüz boğazı və onun açılması məsələsi aktual deyil”, – deyə nazir vurğulayıb.

Əraqçinin sözlərinə görə, Tehran müdafiəyə hazır olduğu kimi, danışıqlara da hər zaman hazır olduğunu bəyan edib.

Nazir Qətər nümayəndə heyətinin Tehrana səfərinin qeyri-adi hadisə olmadığını bildirib. O qeyd edib ki, İran və ABŞ arasında vasitəçilər mütəmadi olaraq Tehrana səfər edir, müxtəlif ideya və təkliflər təqdim edirlər.

Qeyd edək ki, Qətər nümayəndə heyəti şənbə gününə keçən gecə Tehranda danışıqlar aparıb.

Gununesi.info