Hörmüz boğazından bir həftədə 108 milyon barel neft daşınıb

  • Müəllif: Firuzə
  • 24 Noyabr 2026 09:27

Ötən həftə Hörmüz boğazından ABŞ qüvvələrinin nəzarəti altında 108 milyon barel neft daşınıb.

Gununesi.info xəbər verir ki, bunu ABŞ administrasiyasının nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, bu, Fars körfəzi regionunda ABŞ və İran arasında münaqişənin başlanmasından bəri qeydə alınan ən yüksək həftəlik göstəricidir.

“Ötən həftə ABŞ qüvvələrinin nəzarəti altında Hörmüz boğazından rekord həcmdə neft daşınıb”, – deyə amerikalı rəsmi vurğulayıb.

Bildirilib ki, daşınan neft Fars körfəzi ölkələrindən ixrac olunub.

Gununesi.info