Kəmaləddin Heydərovun oğlunun adından torpağım zəbt edilib

  • By admin
  • 17 Avqust 2020 18:19

 

Gununsesi.info-nun elektron poçtuna vətəndaş Mustafayev Sərdar Nurəddin oğlu tərəfindən şikayət ərizəsi daxil olub.

Redaksiyamıza müraciət edən vətəndaş ona məxsus qanuni torpaq sahəsinin Azərbaycanın Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun oğlunun adı ilə əlindən alındığını və qəsb olunmuş mülkiyyətini əldə edə bilmədiyini deyib.

Şikayətçi bildirib ki, ona məxsus qanuni torpaq sahəsini onun adından iki nəfərə satıblar. Məhkəmə bəlli olub ki, həmin şəxslərdən biri nazir Kəmaləddin Heydərovun oğlu Nicat Heydərovdur.

Sərdar Mustafayev problemlə bağlı bir müddət əvvəl “Kanal 13” internet televiziyasında işıqlandırılan şikayəti ilə bağlı reportajı da təqdim edib.

Gununsesi.info vətəndaşın xahişi ilə həmin reportajı təkrar təqdim edir:

Gununsesi.info