Lukaşenko erkən Prezident seçkilərinin keçiriləcəyini istisna etməyib

  • Müəllif: admin
  • 08 Sentyabr 2020 16:11

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə erkən Prezident seçkilərinin keçiriləcəyini istisna etməyib.

Gununsesi.info-nun RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Belarus Prezidenti bu barədə Rusiya mətbuat nümayəndələrinə verdiyi müsahibəsində deyib.

“Konstitusiya ilə bağlı islahata hazırıq, bundan sonra növbədənkənar prezident seçkilərini istisna etmirəm”, – deyə Aleksandr Lukaşenko bildirib.

 

 

Gununsesi.info