Bakıda gənc oğlanı qatar vurdu, araşdırma başladı

  • By admin
  • 16 Aprel 2021 15:13

Bakıda gənc oğlanı qatar vurmasına görə hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər.

Qeyd olunub ki, hadisə nəticəsində 1993-cü il təvəllüdlü İmişli rayon sakini Ələsgərov Pərvin Nizami oğlu dünyasını dəyişib: “Bu gün səhər saat 08:07 radələrində Bakı-Yalama elektrik qatarı Keşlə stansiyası ərazisində hərəkətdə olarkən bədbəxt hadisə baş verib. 1993-cü il təvəllüdlü İmişli rayon sakini Ələsgərov Pərvin Nizami oğlu qəflətən qatarın qarşısına çıxıb. Pərvin Ələsgərov aldığı bədən xəsarətindən hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır”.