Maşın maneəyə çırpıldı: 4 nəfər yaralandı

  • Müəllif: admin
  • 23 İyul 2023 20:17

Şəmkirdə avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kənd yolunda qeydə alınıb.

“VAZ” markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində, 2004-cü il təvəllüdlü K.Abbasov, 2003-cü il təvəllüdlü İ.Qasımov, 2005-ci il təvəllüdlü E.Həsənov və 2001-ci il təvəllüdlü İ.Əmirxanov xəsarət alıb.

Zərərçəkmiş şəxslər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info