Kubokun qalibi bəlli olub

  • Müəllif: Sənan
  • 30 May 2024 16:58

Həndbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.

Gununsesi.info -nun verdiyi xəbərə əsasən, qadın həndbolçulardan ibarət “Kür” komandası Azərbaycan Kubokunun qalibi olub.

Mingəçevir təmsilçisi finalda “Azəryol”la üz-üzə gəlib.

Qeyd edək ki, gərgin mübarizə şəraitində keçən qarşılaşma bölgə klubunun qələbəsi ilə bitib – 28:27.

Gununsesi.info