Ukrayna 85 PUA ilə Rusiyaya hücum etdi

  • Müəllif: Orxan
  • 11 Yanvar 2025 13:23

Rusiya HHM sistemləri bu gecə Rusiya ərazisində 85 Ukrayna pilotsuz təyyarəsini vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, PUA-lar Qara və Azov dənizi regionlarında, Voronej, Krasnodar, Belqorod, Tambov, Kursk vilayətlərində və Krımda ələ keçirilib və ya məhv edilib.

PUA hücumunun nəticələri barədə məlumat verilməyib.

Gununsesi.info