Xəbər verdimiz kimi Gununsesi.info-ya daxil olan məlumata əsasən 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən mənzillə təmin olunan xalq şairi Ramiz Rövşənə daha bir mənzil hədiyyə edilib.
Xalq şairi Ramiz Rövşən mediaya verdiyi açıqlamasında məlumatı təkzib edib.
O bildirib ki, yayılan məlumat isə yalandır:
“2020-ci ildə “Xalq şairi” adını alanda mənə mənzil hədiyyə edilib. İndi yayılan məlumat isə yalandır”.
****
15:47
2020-ci ildə Prezident İlham Əliyev tərəfindən mənzillə təmin olunan xalq şairi Ramiz Rövşənə daha bir mənzil hədiyyə edilib.
Bu barədə Gununsesi.info-ya xalq şairinə yaxın mənbə bildirib.
Məlumata görə, Bakının mərkəzində yeni inşa olunan binalardan birində 4 otaqlı mənzil xalq şairinə hədiyyə olunub.
Günay
Gununsesi.info












