Xoşqədəm Hidayətqızına ağır itki - FOTO

  • Müəllif: Günel
  • 14 Aprel 2025 08:40

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızına ağır itki üz verib.

Gununsesi.info Bakivaxti.az-a istinadən xəbər verir ki, onun anası Ofeliya Baxşəliyeva vəfat edib.

O, uzunsürən xəstəlikdən sonra bu gecə dünyasını dəyişib.

Mərhumun 3 və 7 yas mərasimi aprelin 16-sı saat 11:00-da Təzəpir məscidinin mərasim zalında keçiriləcək.

Qeyd edək ki, Xoşqədəm Baxşəliyeva bir müddət əvvəl verilişində həm atası, həm də anasında xərçəng xəstəliyi aşkarlandığını, atasının Türkiyədə ağır əməliyyat keçirdiyini bildirmişdi.