Sumqayıtda ov silahı aşkarlanıb

  • Müəllif: Günel
  • 09 May 2025 08:48

Sumqayıtda ov silahı aşkarlanıb.

Gununsesi.info məlumat verir ki, hadisə şəhərin 18-ci məhəllə ərazisində qeydə alınıb.

Ərazidə “İJ-17” markalı, istifadəyə yararlı, tək lüləli, ov silahı aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info