Məşhur prodüser Tramp haqqında film çəkəcək: 100 milyon dollar axtarır

  • Müəllif: Günel
  • 13 May 2025 08:56

Prodüser Andrea İervolino ABŞ Prezidenti Donald Tramp haqqında film hazırlamaq üçün potensial tərəfdaşlar axtarır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat verib.

Məlumata görə, İervolino layihəyə böyük büdcə – təxminən 100 milyon dollar cəlb etməyi planlaşdırır. Aktyorlar hələ müəyyən edilməyiblər, lakin çəkilişlərin 2025-ci ilin sonunda ABŞ-də başlaması nəzərdə tutulur.

İervolino qarşıdan gələn layihəni “ABŞ-nin 45-ci və 47-ci prezidenti, maqnat, televiziya ikonası Donald Trampın həyatı və irsi haqqında bioqrafik film” kimi xarakterizə edib. O qeyd edib ki, Trampın müasir dövrə təsiri “danılmazdır”.

Bildirək ki, Andrea İervolino opera müğənnisi Andrea Boçelli haqqında “Səssizliyin musiqisi” və “Ferrari” kimi biopikləri çəkib. O həmçinin III Con Pol Qettinin oğurlanmasından bəhs edən və baş rollarını Al Paçino və Keti Holmsun oynacayağı “Əsir” filmi üzərində də işləyir.

Gununsesi.info