Qurban Qurbanov məşhur klubun baş məşqçi postuna namizəddir

  • Müəllif: Firuzə
  • 11 Avqust 2025 12:15

Moskva “Spartak”ının baş məşqçi namizədləri arasında Qurban Qurbanovun da adı qeyd edilib.

Bu barədə “Sport den za dnem” məlumat paylaşıb.

Bildirilib ki, 1999–2001-ci illərdə Qurbanov Rusiyada “Baltika” və “Fakel” klublarında çıxış edib, daha sonra isə Rusiya futbolu ilə yolları kəsişməyib: “Qarabağ”da çalışarkən o, Rusiya yığmasının qapıçısı Andrey Lunyov da daxil olmaqla bir sıra rusiyalı futbolçuların məşqçisi olub və bu klubla avrokuboklarda uğurla çıxış edib”.

Qeyd edək ki, 2024-cü ildə də “Spartak” Qurban Qurbanovu baş məşqçi postuna gətirmək istəyib.

Gununsesi.info