Hikmət Hacıyev Kristofer Landau ilə görüşüb - FOTO

  • Müəllif: Firuzə
  • 10 Sentyabr 2025 17:24

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Görüş Hikmət Hacıyevin Vaşinqtona səfəri çərçivəsində baş tutub.

Tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətlər, regional və qlobal məsələlərə dair dərin müzakirələr aparıb.

Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini ilə regional məsələləri müzakirə edib

Gununsesi.info