İranda güclü zəlzələ

  • Müəllif: Şəbnəm
  • 14 Sentyabr 2025 11:26

İranın Fars əyalətində 4,7 bal gücündə zəlzələ baş verib.

 

Gununsesi.info bu barədə “Azad İran” teleqram kanalına istinadla xəbər verir.

 

Yeraltı təkanlar səhər saatlarında Kənartəxte şəhərində, 16 kilometr dərinlikdə qeydə alınıb.

 

Xatırladaq ki, dünən də Fars əyalətinin Xeşt şəhərində eyni gücdə zəlzələ baş vermişdi.

 

Hazırda dağıntılar və mümkün itkilərlə bağlı məlumat açıqlanmayıb.

 

 

Gununsesi.info