“Azərbaycan hökuməti ilə insan haqları, qanunun aliliyi, demokratiya istiqamətində işləyirik” -ABŞ səfiri

  • By admin
  • 20 Aprel 2022 11:27

“ABŞ Azərbaycan hakimiyyəti ilə insan hüquqları məsələləri ilə bağlı dialoqu davam etdirir”

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Turan-ın Vaşinqtonun Azərbaycanda hüquq və azadlıqların vəziyyətini yaxşılaşdırmaq üçün atdığı addımlar barədə sualına cavabda bildirib.

Səfir deyib ki, ABŞ Azərbaycan hökuməti ilə bütün səviyyələrdə insan haqları, qanunun aliliyi, demokratiya istiqamətində işləyirik:

“Bəzi sahələrdə irəliləyişlər görürük, məsələn insan alverinə qarşı mübarizədə uğura imza atmışıq. Bu istiqamətlərdə dialoqumuz yüksək səviyyədə davam edir”,  deyə səfir qeyd edib.

Azad olunmuş ərazilərin bərpasında iştiraka toxunan diplomat qeyd edib ki, ABŞ şirkətləri bu layihələrdə, o cümlədən minatəmizləmə layihələrində iştirak etməkdə maraqlıdır.

“Bərpa işlərində ABŞ şirkətlərinim iştirakı üçün açıq ictimai tenderlərin mövcudluğu vacibdir, belə olan halda ABŞ biznes sektoru öz təkliflərini verə bilər və prosesə qoşula bilər”, deyə səfir qeyd edib.

Litzenberger Vaşinqtonun həll olunmamış məsələlərin həllinin tapılması üçün Bakı və Yerevan arasında birbaşa dialoqu dəstəkləməyə hazır olduğunu təsdiq edib.

“İki tərəf arasında sülhün əldə olunmasına gətirən istənilən təşəbbüsləri dəstəkləyirik. Aİ bu istiqamətdə artıq çox müsbət addımlar atıb və ABŞ Aİ-nin bu təşəbbüslərini dəstəkləyir”.

Günay
Gununsesi.info