“Formula 1”in ən uğurlu komandasıyıq - Binotto

  • By admin
  • 20 Aprel 2022 11:38

“Ferrari”nin rəhbəri Mattia Binotto bildirib ki, komandanın özünə gəlməsi üçün çox əziyyət çəkiblər.

Gununsesi.info xəbər ki, 2020 və 2021-ci illərdə qələbəsiz qalan “qırmızılar” bütün resurslarını yeni reqlamentin gəldiyi 2022-ci ilə saxlayıblar. İtalyanların bu taktikası işə yarayıb və onlar bu ilin ilk 3 yarışında inamlı təsir bağışlayaraq hər iki cəbhədə liderliyi zəbt ediblər.

Mattia Binotto qeyd edib ki, bu cür böyük layihə üçün illər lazımdır: “Çox uzun çəkdi və hələ də davam edir. Hələ görüləcək işlər var. “Ferrari” ənənəsini qaytarmaq istəyirik. Bizi də fərqləndirən şey budur. “Formula 1”in bütün mövsümlərində çıxış etmişik və idman tarixinin ən uğurlu komandasıyıq”.

Gununsesi.info