Şahbaz Xuduoğlu Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin Cəngavər rütbəsinə layiq görülüb

  • By admin
  • 20 Aprel 2022 11:22

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Fransanın mədəniyyət naziri Roselin Baçelot tərəfindən  İncəsənət və Ədəbiyyat Ordeninin Cəngavər rütbəsinə layiq görülüb.

Gununsesi.info bildirir ki, bu münasibətlə Fransanın Azərbaycandakı səfirliyində tədbir  keçirilib.

Cəngavər ordenini Fransanın Azərbaycandakı səfiri Zakari Qross təqdim edib.

Səfir  çıxışında bildirib ki, “Qanun” nəşriyyatı fransız dili də daxil olmaqla müxtəlif xarici dillərdən Azərbaycan dilinə tərcümələr edib.

O qeyd edib ki, xarici əsərlər Azərbaycan dilinə tərcümə olunaraq azərbaycanlı oxuculara çatdırılıb.

Diplomat bildirib ki, nəşriyyat Nobel mükafatı almış yazıçıların əsərlərinin Azərbaycan dilinə tərcümə edib ki, bu da təqdirəlayiq haldır.

Təqdimat mərasimində çıxış edən Şahubaz Xuduoğlu bu mükafata görə  təşəkkürünü  bildirib.

“Bu mükafat həyatımda aldığım  çox mötəbər mükafatdı. dramaturq Mirzə Fətəli Axundovun Müsyö Jordan və  Dərviş Məstəli Şah pyesində Şahbaz bəy  Parisə  getmək istəyirdi. Dərviş Parisi partlatdı. Şahbaz bəy Parisə gedə bilmədi. Bu gün 170 il keçir həmin tarixdən  və deyəsən Paris Şahbaz bəyi dəvət edir” deyə o qeyd edib.

Gununsesi.info