ABŞ-ın immiqrasiya hakimi fələstinli fəal Mahmud Xəlilin deportasiyasına qərar verib. Xəlil 2024-cü ildə Kolumbiya Universitetində Qəzzadakı müharibəyə və ABŞ-ın İsrailə dəstəyinə qarşı keçirilən etiraz aksiyasında iştirak etdikdən sonra saxlanılmışdı.
Martın 8-də Nyu Yorkdakı evindən aparılan Xəlil əvvəlcə Nyu-Cersidə, sonra Luizianada yerləşən immiqrasiya təcridxanalarına yerləşdirilib. İyun ayının 20-də azadlığa buraxılan Xəlilin sığınacaq ərizəsinə sentyabrın 18-də yenidən baxılıb və daha sonra o, Əlcəzairə və ya Suriyaya deportasiya edilib.

Xəlilin ABŞ-da daimi yaşamaq hüququ verən yaşıl kartı olub, lakin həbs zamanı vəkilləri bildiriblər ki, yaşıl kart ləğv edilib. Onun 8 aylıq hamilə olan həyat yoldaşı ABŞ vətəndaşıdır.
Ekspertlər və vətəndaş hüquqları müdafiəçiləri Xəlilin deportasiyasının qanuni proses hüququnu pozacağını və ifadə azadlığına hücum olacağını bildiriblər. ABŞ Prezidenti Donald Tramp isə universitet nümayişçilərinə qarşı sərt tədbirlər görəcəyini vəd edərək, Xəlilin həbsinin “gələcək həbslərin” ilk addımı olduğunu açıqlayıb.
Xəlil yalnız tələbə etirazçılarının sözçüsü kimi çıxış edib və uzun müddət universitetdə kütləvi etirazlara vasitəçilik edib. Bu hadisə Tramp administrasiyasının ABŞ vətəndaşı olmayan etirazçıları hədəfə alaraq potensial narazılığı susdurmaq istədiyi narahatlığını artırıb.
Şəbnəm











