
ABŞ-da “OneOk” qaz zavodunda partlayış baş verib .
Gununsesi.info xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Bildirilib ki, Zavod Oklahoma ştatında, Medford şəhərində yerləşir.
Nəşrin məlumatına görə, partlayışdan dərhal sonra zavodda güclü yanğın başlayıb.
“OneOk” nümayəndələri bildiriblər ki, zavodun bütün personalı qeydiyyatdadır. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Polis zavoddan 2 mil radiusda olan bütün sakinləri təxliyə edib. Bundan əlavə, polis Medford vasitəsilə səyahətdən çəkinməyə çağırıb.
Gununsesi.info