Conson jurnalistikaya QAYIDA BİLƏR

Böyük Britaniyanın Baş naziri Boris Conson növbəti seçkilərdə siyasətdən getməyə hazırlaşır.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

HTML tutorial

Qəzetin yazdığına görə, Baş nazir hökumətin 50-dən çox rəsmisinin istefasını qəbul edib.

Conson İcmalar Palatasına təkrar seçkidən yayınmaq üçün indi deputat mandatından imtina etməyəcək. O, növbəti seçkilərdə siyasi karyerasını bitirmək və ya baş nazir postunu tərk etdikdən sonra deputat kimi fəaliyyətini davam etdirən sələfi Tereza Meyin nümunəsini izləmək niyyətindədir.

Conson jurnalistikaya və mühazirələrə qayıdacağını da istisna etmir. Beləliklə, “Hodder & Stoughton” nəşriyyatı hələ 2016-cı ildə dramaturqun ölümünün 400-cü ildönümündə nəşri planlaşdırılan, lakin cənab Consonun Xarici İşlər Naziri təyin edilməsindən sonra təxirə salınan Uilyam Şekspirin tərcümeyi-halını ondan hələ də gözləyir. Siyasətçi artıq 88 min funt-sterlinq avans alıb.

Gununsesi.info