ABŞ -də “erməni soyqırımı” anım mərasiminə dünyanın hər yerindən ermənilər gələcək

  • By Günel
  • 26 Mart 2025 21:48

ABŞ-də yaşayan ermənilər aprelin 2-də Kapitoli qarşısında toplaşacaqlar.

Gununsesi.info xəbər verir ki, məlumat “Asbarez News”-un “X” sosial şəbəkəsindəki hesabında yayımlanıb.

Məlumatda deyilir ki, “erməni soyqırımı və Artsax soyqırımının anım mərasimində dünyanın hər yerindən olan ermənilər toplaşacaqlar”.

Ermənilər Türkiyədən və Azərbaycandan guya 1915 və 2023-cü illərdə törətdilmiş qondarma soyqırıma görə cavabdehlik tələb etmək niyyətindədirlər.

Gununsesi.info