ABŞ-ın Dövlət katibi: Qazaxıstanı xəbərdar etmişdik - Əgər evində ruslar peyda olursa, onları oradan çıxarmaq çox çətin olur

  • By admin
  • 08 Yanvar 2022 00:46

ABŞ-ın Dövlət Katibi Toni Blinken Qazaxıstanda baş verənlərdən danışıb.

O, bildirib ki, ABŞ Qazaxstanda baş verənlərdən narahatdır:

“Biz Qazaxıstanda fövqəladə rejimindən çox narahatıq. Biz hakimiyyəti xəbərdar etmişdik ki, etirazçıların hüquqlarına müvafiq olaraq, proprosional qaydada cavab vermək lazımdır”-deyə dövlət katibi vurğulayıb.

Blinken deyib ki, Qazaxıstanın KTMT-yə müraciəti ABŞ-da suallar doğurur. Vaşinqtonun hesablamasına görə, respublikada situasiyanı özü həll etməsi üçün kifayət qədər resursu olub:”Aydın deyil, nə üçün onlar xarici kömək üçün zərurət hiss edibər?”-deyə ABŞ dövlət katibi təəccüblə vurğulayıb.

Blinken iğtişaşları iqtisadi səbəblərlə izah edib: “Ötən tarixdən bir dərs: Əgər evində ruslar peyda olursa, onları oradan çıxarmaq çox çətin olur“-deyə dövlət katibi vurğulayıb.