ABŞ İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır -Vens

Vaşinqton İrana qarşı sanksiyaların əhəmiyyətli dərəcədə yumşaldılmasına hazırdır.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens CBS telekanalına verdiyi müsahibəsində bəyan edib.

“Amerika pullarından bir dollar belə İrana getməyəcək. Amma iranlılar uzunmüddətli öhdəliklər götürsələr, biz sanksiyaların ciddi şəkildə yumşaldılmasına hazırıq”, – deyə Vens bildirib.

Gununsesi.info