“ABŞ, İranın iqtisadiyyatının bərpasına kömək etməyə və Hörmüz boğazındakı problemlərin öhdəsindən gəlməyə hazırdır”.
Bunu ABŞ prezidenti Donald Tramp bildirib.
Gununsesi.info–ya danışan iqtisadçı Qaşqay İsmayıl məsələyə münasibət bildirib:

“O hesab edir ki, ABŞ İranla qarşıdurmadan əməkdaşlığa keçid etmək istəyir.
Bir neçə gün əvvəl İran prezidenti Pezeşkian da Amerika xalqına müraciətində İran sivilizasiyasından bəhs edərək diplomatik şəkildə ABŞ-la qarşıdurmadan çox əməkdaşlıq yolunun seçilə biləcəyinə işarə etmişdi.
Uzun müddət belə bir istək ABŞ demokratlarının siyasətində də hiss olunurdu.
Görünür, İran xalqının müqaviməti Trampı müharibədən çox əməkdaşlıq yolunun üstünlüyünə inandıra bilib.
Əgər belə bir əməkdaşlıq baş tutarsa, ABŞ və İran bu münaqişədə qalib olacaq, İsrail və müharibə avantürasına inanıb müharibəni dəstəkləyənlər isə məğlub sayılacaqlar”.
Şəbnəm












