“ABŞ-nin bəyanatı İran xalqı üçün tarixi şansdır” -HƏRBİ ESKPERT

 İranda etirazlar dekabrın sonlarında ölkənin valyutası olan rialın devalvasiyası səbəbindən başlayıb.

Paytaxt Tehran başda olmaqla Həmədan, Yəsuc, Kuhdəşt, Rəşt və digər şəhərləri əhatə edən etirazlar ölkə üzrə geniş vüsət alıb.

İran təhlükəsizlik qüvvələri aksiyaların qarşısını almaq üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib. Bir sıra şəhərlərdə gözyaşardıcı qazdan, su şırnaqlarından və xüsusi təyinatlı bölmələrdən istifadə olunduğu deyilir. Xeyli sayda saxlanılan var.

Gununsesi.info –ya danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, İran əhalisi molla rejiminə qarşı dəfələrlə aksiyalara başlayıb, amma bu aksiyalar lider çatışmazlığı və əhalinin qətiyyətsizliyi səbəbindən daim nəticəsiz olub:

“İndi isə ilk dəfədir ki, ABŞ prezidenti İran xalqına qarşı zor tətbiq edilərsə, müdaxilə etmək barədə bəyanat verib. Xameneyi kimi islam adına ləkə gətirən bir din tacirindən qurtulmaq üçün bundan gözəl şans ola bilməz. İran xalqına uğurlar!”.