ABŞ Rusiya ilə Avropa arasında potensial münaqişə yerlərini müəyyən edib

  • By Admin2
  • 11 İyun 2026 13:16

Çikaqo Universitetinin professoru Con Mirşaymer bildirib ki, Rusiya ilə Avropa ölkələri arasında potensial silahlı münaqişə üçün altı ehtimal olunan alovlanma nöqtəsi mövcuddur.

Gununsesi.info-nun xəbərinə görə, “Belarus, Kalininqrad, Baltik dənizi, Moldova, əriyən Arktika və Qara dəniz. Bunlar Rusiya ilə Avropa arasında münaqişənin alovlana biləcəyi yerlərdir”, – deyə o bildirib.

Professorun sözlərinə görə, Şərqi Avropa yaxın gələcək üçün çox təhlükəli bir yer olacaq.

Mirşaymer hesab edir ki, Ukraynadakı münaqişə dondurulsa belə, Rusiya ilə Avropa arasındakı münasibətlər uzun müddət gərgin qalacaq.

Maqsud

Gununsesi.info