ABŞ-nin Azərbaycandakı səfirliyi “Tağıyev: Neft” filminin rejissoru Zaur Qasımlını təbrik edib.
Gununsesi.info bildirir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında açıqlama yayılıb.
Həmin açıqlamada deyilir:
Film yaxınlarda Hollivuddakı Motion Picture Arts and Sciences Akademiyası (AMPAS) tərəfindən keçirilən 2026-cı il Oskar mükafatlandırma mərasimində Azərbaycanı təmsil etmək üçün seçilib. İndi film “Ən Yaxşı Xarici Bədii Film” kateqoriyasında nominasiya uğrunda dünya üzrə 80-dən çox film ilə yarışacaq. Finalçılar 16 dekabrda Los-Ancelesdə elan olunacaq və biz “Tağıyev”ə uğurlar arzulayırıq.
Birləşmiş Ştatlar dünyanın ən böyük kino sənayesinə ev sahibliyi etməkdən qürur duyur; Hollivudun blockbuster filmləri dünya üzrə milyonlarla tamaşaçı tərəfindən izlənilir. 98-ci Akademiya Mükafatları 15 mart 2026-cı ildə keçiriləcək.










