“Açıq mikrofon” aksiyası həftəlik işinə Zərdab rayonunda başladı - FOTOLAR

  • By admin
  • 05 İyun 2023 19:03

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” növbəti dəfə Zərdab rayonunda təşkil olunub. 10-a yaxın sakinin qatıldığı aksiyada ümumilikdə 8 müraciət ünvanlanıb.

Mikrofon önünə çıxan 3 abonent debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini xahiş edib. 2 abonent qaz xəttinin yerinin dəyişdirilməsini, 2 sakin isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib.

Aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyatı aparılıb.

Gununsesi.info